RU

Hande Erçeldən analıq etirafı: "Qorxuram, amma istəyirəm"

Hande Erçeldən analıq etirafı: "Qorxuram, amma istəyirəm"Aktrisa Hande Erçel aktyorluq karyerası ilə yanaşı, sosial media paylaşımları və şəxsi həyatı ilə tez-tez gündəmdə qalmağı bacarır. Bu dəfə o, səmimi açıqlamaları ilə diqqət çəkib.

Sonxeber.az xəbər verir ki, bir müddətdir iş adamı Hakan Sabancı ilə münasibət yaşayan Erçel, yayımlanan bir proqramda həm şəxsi həyatı, həm də daxili dünyası ilə bağlı fikirlərini bölüşüb.

Verilişdə ona ünvanlanan "Sən kimsən?" sualına cavab olaraq aktrisa kimlik anlayışını bu sözlərlə ifadə edib:
"Özümü tam tanıya bilmirəm. İnsanlar məni sənə anlatsın istəyirəm. Tam olaraq hansı Hande olduğumu mən də bilmirəm. İçimdə çox Hande var, amma bunu mən yox, başqaları ifadə etsin istəyirəm".

Hande Erçel zaman keçdikcə özünü tanımağın çətinləşdiyini vurğulayıb:
"Bir vaxtlar kim olduğumu çox yaxşı bilirdim. Amma sonra məni mən edən bir çox şeyi itirdim. İndi yenidən özümü tapmağa çalışıram".

Aktrisa uşaqlığında dəyərsizlik hissini tanımadığını, lakin həyatın ona bu hissi sonradan yaşatdığını bildirib:
"Uşaq vaxtı belə bir duyğunu yaşamamışam. Çox əl üstündə böyümüşəm. Dəyərsizlik hissini sonradan tanıdım. İndi isə heç kimin belə bir duyğu yaşamasını istəmirəm".

Ən çox diqqət çəkən açıqlamalardan biri isə Hande Erçelin ana olmaqla bağlı arzusu olub. Gənc yaşda anasını itirən aktrisa, onunla olan güclü bağdan danışaraq bu bağın bir gün öz övladı ilə də qurulmasını istədiyini deyib:
"Bu, mənim üçün bir az qorxuludur, amma istəyirəm. Anamla çox möhkəm bir bağım var idi. Mən də öz canımdan, qanımdan olan biri ilə bu cür bağ qurmaq istəyirəm".

Избранный
29
sonxeber.az

1Источники