RU

Kiyev səmasında “Ruslan” kodlu mesajla uçdu Putinə ünvanlanan açıq ismarıc KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna səmasında uçan AN-124 “Ruslan” nəqliyyat təyyarəsi təkcə texniki xüsusiyyətləri ilə deyil, həm də qeyri-adi çağırış siqnalı ilə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, təyyarənin Flightradar24 izləmə sistemində qeyd olunan çağırış kodu PTNPNH2 olub. Bu isə rus dilindəki “Путин, пошёл на х*й” ifadəsinin abreviaturasıdır. Beləliklə, mesaj birbaşa Rusiya prezidenti Vladimir Putinə ünvanlanıb.

Kadrlara əsasən, bu ağır yükdaşıyan AN-124 təyyarəsi Kiyev vilayətinin üzərindən uçaraq qərb istiqamətinə yönəlib. “Dumskaya” nəşri bildirib ki, bu təyyarə 2022-ci ilin fevralından etibarən Svetoşino zavod aerodromunda dayanmış iki “Ruslan”dan biridir və bu gün uğurla havaya qalxaraq Ukraynanı tərk edib.

Rəsmi mənbələr bu uçuş barədə hələlik heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, AN-124 həm hərbi, həm də mülki məqsədlərlə istifadə olunan nəhəng nəqliyyat təyyarəsidir.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
konkret.az

2Источники