RU

Sahib Məmmədov: “QHT-lərin ruporuna çevrilmiş bu ixtisaslaşmış portal uzunömürlü olacaq”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, tanınmış hüquqşünas Sahib Məmmədov ixtisaslaşmış QHT portalının 10 illik fəaliyyəti münasibətilə kollektivə təbriklərini çatdırıb:

"İlk növbədə Cəsarət müəllimi və onun kiçik kollektivini bu yubiley münasibətilə təbrik edirəm. Bu resursun yaranması, inkişafı və bu yolu keçməsi mənim gözlərimin önündə baş verib. Doğrusu, inanmırdım ki, bu qədər rəqabət, maliyyə və texniki resursların çatışmazlığı şəraitində bu portal 10 il fəaliyyət göstərə bilər.
Amma indi arxayınam ki, onun fəaliyyəti uzunmüddətli olacaq, bəlkə də, sonsuzadək davam edəcək.

Ən maraqlısı budur ki, bu, ixtisaslaşmış portaldır. İxtisaslaşmış olmaq isə asan deyil – hər mövzuda yox, yalnız konkret sahə üzrə yazmaq mümkündür. Mən baxıram ki, kollektiv bu işin öhdəsindən uğurla gəlir və qeyri-hökumət təşkilatlarının səsinə çevrilib.
Demək olar ki, 24/7 rejimində QHT-lərin informasiya təminatını həyata keçirir, onların köməyinə çatır.

Bir daha səmimi təbriklərimi bildirir və uzunömürlü fəaliyyət arzulayıram. Uğurlarınız bol olsun!"

Избранный
22
qht.az

1Источники