RU

10 min manata görə getmək qərarına gəldi

“Kəpəz”də gözlənilməz ayrılıq yaşanıb.

Ötən mövsüm komandanın aparıcı simalarından olan Rauf Hüseynli “sarı-göylər”i tərk edib.

Baş məşqçi Adil Şükürov 25 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlı imiş. Belə olmasaydı, bir həftə əvvəl komandanı tərk edənlərin arasında onun da adı yer alardı.

Problem klub rəhbərliyi ilə futbolçu arasında maaş məsələsində ortaq məxrəcin əldə olunamamasına görə yaranıb.

Başa çatan mövsümdə Gəncə təmsilçisində aylıq 3500 manat qazanan Hüseynli komandanın elitadakı yerini qorumasına görə məvacibinin artırılmasını istəyib.

Konkret olaraq növbəti “futbol ili” üçün aylıq 5000 manat istəyib. Rəsmilər futbolçunun iddiasını yaxın buraxmayaraq ən yaxşı halda 4000 manat verə biləcəklərini deyincə, yeni müqavilə imzalanmayıb.

İllik 10 min manatlıq fikir ayrılığına görə Rauf yeni klub axtarışına çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники