Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə kollektivə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Son on ildə vətəndaş təşəbbüslərinin təbliği, QHT-lərin səsinin cəmiyyətə çatdırılması və ictimai dialoqun təşviqi sahəsində göstərdiyiniz fəaliyyət təqdirəlayiqdir. Dəqiq, operativ və peşəkar informasiya siyasətiniz vətəndaş cəmiyyətinin inkişafına əhəmiyyətli töhfə verib.
10 illik yubileyiniz münasibətilə Sizi və bütün yaradıcı kollektivinizi təbrik edirəm.
Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar, daha geniş auditoriya və davamlı inkişaf arzulayıram!”