RU

Elmar Baxşıyev: “Komandanın performansından razı qaldım”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Alanyaspor” oyunu ilə bağlı baş məşqçi Elmar Baxşıyev fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qolsuz başa çatan matçdan sonra bunları deyib:

“Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Super Liqası komandasıydı. “Alanyaspor”la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmağa istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
8
futbolpress.az

10Источники