Bu ölkə Rusiyanın sursatlarının təxminən 40%-ni təmin edir.
News365.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyat rəhbəri Kirill Budanov bildirib.
"Şimali Koreya Rusiyanın sursatlarının təxminən 40%-ni təmin edir. Bu, Rusiyanın münaqişədə istifadə etdiyi ehtiyatların mənşəyi ilə bağlı mühüm fakt hesab edilir",- qeyd edib..