RU

Avropa İttifaqının əhalisi rekord həddə çatdı

Avropa İttifaqının (Aİ) əhalisi tarixində ilk dəfə olaraq 450,4 milyon nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin statistika xidməti olan "Eurostat"ın yayımladığı son hesabatda qeyd olunub.

Əhali artımı isə yalnız miqrasiya hesabına mümkün olub.

2012-ci ildən bəri Avropa İttifaqında hər il ölüm səviyyəsi doğum səviyyəsini üstələyir. Yəni təbii artım deyil, yalnız miqrasiya əhalinin sayını artırır.

Mütəxəssislər bildirirlər ki, əhalinin yaşlanması və aşağı doğum göstəriciləri fonunda bu vəziyyət sosial təminat sistemlərinə ciddi təzyiqlər yaradır və əmək bazarında kəskin işçi çatışmazlığına səbəb olur.

2024-cü ildə Aİ-nin əhalisi 1,07 milyon nəfər artıb. Bu dövrdə 1,3 milyon nəfərlik təbii azalma baş verib: 4,82 milyon insan ölüb, 3,56 milyon insan dünyaya gəlib;
2,3 milyon nəfərlik miqrasiya axını isə bu azalmadan daha çox olub və nəticədə ümumi Aİ əhalisinin 47%-i yalnız üç ölkənin payına düşür:

Almaniya

Fransa

İtaliya

Əhali artımı 27 Aİ üzvündən 19 ölkədə qeydə alınıb, 8 ölkədə isə azalma müşahidə olunub.

Əhalisi ən sürətlə artan ölkələr:

Malta: hər 1000 nəfərə +19,0

İrlandiya: +16,3

Lüksemburq: +14,7

Əhalisi ən çox azalan ölkələr:

Latviya: -9,9

Macarıstan: -4,7

Polşa və Estoniya: hər biri -3,4

"Eurostat" qeyd edir ki, son onilliklərdə Aİ-də əhali artımı sürəti xeyli zəifləyib: 1960-cı illərdə Aİ əhalisi ildə 3 milyon nəfər artırdısa, 2005–2024-cü illər arasında bu rəqəm cəmi 0,9 milyon nəfərə qədər düşüb.

Musavat.com

Избранный
21
2
musavat.com

10Источники