Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının keçmiş üzvlərinin İraqın şimalındakı Süleymaniyyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Prezident Ərdoğan “X” sosial şəbəkəsində etdiyi paylaşımda “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan bu mühüm addımın uğurlu olmasını arzulayıb:
“Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin”.
Xatırladaq ki, “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində bu gündən etibarən keçmiş PKK üzvləri silahları təhvil verməyə başlayıb. Silahsızlaşdırma mərasimi İraqın Süleymaniyyə bölgəsində baş tutub.
Natiq Səlim,
KONKRET.az