Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə cinayət işi açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.
Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə “X” istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.
Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında “X” platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.