RU

VACİB XƏBƏR! Hərbi xidmətə çağırış 20 yaşa QALDIRILIR?

 Bu günlərdə mətbuatda yayılan məlumatlardan birində qeyd olunub ki, hərbi xidmət yaşının 18-dən 20-yə qaldırılmasına zərurət var. Qeyd edək ki, artıq bir müddətdir ki, Azərbaycanda hərbi xidmət yaşı ilə bağlı uzun müzakirələr aparılır.


Həqiqi hərbi xidmətə çağırış yaşının 18 yaşdan 20 yaşa qaldırılmasına həqiqətən zərurət varmı? Ümumiyyətlə əgər bu tətbiq edilərsə bunun əhəmiyyəti nə ola bilər?


Bu mövzuyla bağlı Hərbi Ekspert Ədalət Verdiyev REFERANS-ın suallarını cavablandırıb. Ekspert qeyd edib ki, müddətli hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılmasına hal-hazırda heçbir zərurət yoxdur. Azərbaycan gəncləri hazırda 17 yaşında tam orta məktəbdə təhsilini başa vururlar, ali məktəbə qəbul olanlar hərbi xidmətdən avtomatik olaraq möhlət hüququ əldə edirlər. Bu möhlət hüququ bakalavr və magistr təhsili müddətində təmin olunur. Digərləri isə yəni 17 yaşında orta məktəbi bitirənlər isə 18 yaşında hərbi xidmətə çağırılırlar. 




Müsahibimiz eyni zamanda onu da vurğulayıb ki, biz hərbi xidmət yaşını 18-dən 20-yə qaldırsaq orta məktəbi bitirən gənclərin növbəti ən azı iki il ərzində hansı faydalı işlə məşğul olacaqları böyük suallar yaradır. 18 yaşlı gənc isə bu müddəti itirməmək üçün hərbi xidmətə göndərilir və hərbi xidməti başa vurandan sonra isə yenidən mülki həyata qayıdıb iş ilə məşğul ola bilərlər. Hər xidmət yaşının 18 olaraq təyin olunması eyni zamanda həmin gənclərin hələ ailəli olmadıqları bir dövrə təsadüf edir, onların daha gec hərbi xidmətə çağırılması isə bəzilərinin ailə qurması ilə nəticələnə bilər ki, ailəli 20 yaşlı gəncində hərbi xidmətdə olması, ailəsindən bəzilərinin hətta uşağından ayrı qalması müəyyən sosial problemlərdə yarada bilir.


"Bütün bu dediklərimiz - Azərbaycan qanunvericiliyinə uyğun olaraq müddətli hərbi xidmətə çağırış yaşı 18 yaş olaraq təyin edilib. Bu isə tamamilə özünü doğrultmuş bir qərardır",-deyə ekspert əlavə edib.  

Избранный
21
referans.az

1Источники