RU

Lavrov: “İndiki siyasətçilər sinfi Avropanı Rusiyaya qarşı müharibəyə sövq edir”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Berlin, Paris və Londonun son bəyanatları və hərəkətləri göstərir ki...”

“Almaniya, Fransa və Böyük Britaniya keçmişin faciəvi dərslərinə məhəl qoymadan Avropanı Rusiya ilə yeni münaqişəyə doğru sövq edir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda ASEAN tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.

“Berlin, Paris və Londonun son bəyanatları və hərəkətləri göstərir ki, bu ölkələrdə və bir sıra digər ölkələrdə hakimiyyətə gəlmiş indiki siyasətçilər sinfi tarixin dərslərini unudub, bütün bəşəriyyətin bu tarix dərslərindən çıxardığı nəticələri unudub və ümumilikdə Avropanı yenidən Rusiyaya qarşı müharibəyə sövq etməyə çalışırlar”, - diplomat bildirib.

Qeyd edək ki, iyulun 10-da Almaniya kansleri Fridrix Merz Romada Ukraynanın yenidən qurulmasına dair konfransda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

"Mesaj Moskva və Prezident Putinədir. Mesaj olduqca sadədir: biz təslim olmayacağıq", - Merz deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
ayna.az

1Источники