RU

Belqorod vilayətinə hücumlar davam edir – mülki infrastruktur hədəf alınır

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Qrayvoron rayonuna daxil olan Qolovçino kəndinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

Hücum nəticəsində bir fərdi yaşayış evi zərbə alıb. Partlayışın təsirindən evin dam örtüyü və divarı zədələnib. Qladkovun sözlərinə görə, hücum nəticəsində yerli sakin qadın xəsarət alıb.

“Təcili yardım əməkdaşları mina-partlayış və barotravma almış qadını şəhər xəstəxanasına çatdırıblar. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir və o, hospitala yerləşdirilib”, – deyə qubernator bildirib.

Избранный
30
nocomment.az

1Источники