ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” “Radniçki”dən Aleksa Yankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.
“Partizan”ın yetirməsi olan Yankoviç 2024-cü ildən “Radniçki”də çıxış edir. O, bu komanda ilə 18 oyuna çıxıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.