RU

Hakan Fidan: Trampla birlikdə edə biləcəyimiz çox şey var

Türkiyə xarici işlər naziri Hakan Fidan diplomatik təmaslarını davam etdirir.

Hakan Fidan Türkiyə-ASEAN Sektoral Dialoq Tərəfdaşlığının Yeddinci Üçtərəfli Toplantısında iştirak etdiyi Malayziyanın paytaxtı Kuala Lumpurda Bernama TV-nin suallarını cavablandırıb və qiymətləndirmələr edib.

Türkiyə-MALAZİYA ƏMƏKDAŞLIĞI

Fidan Malayziya ilə Türkiyə arasında əlaqələrin tarixən çox güclü və möhkəm olduğunu vurğulayaraq, iki xalq arasında qırılmaz bağların olduğunu bildirib.

Hakan Fidan bildirib ki, bu möhkəm əlaqələrdən istifadə etmək və hər sahədə əməkdaşlığı inkişaf etdirmək onların borcudur.

O, liderlər arasındakı münasibətlərə diqqət çəkib

Nazir Fidan liderlər arasında diplomatiyanın əhəmiyyətini vurğulayaraq, iki ölkə liderlərinin çox yaxın münasibətlərə malik olduğunu və buna görə də möhkəm əlaqələrin olduğunu bildirib.

Избранный
32
aznews.az

1Источники