RU

TƏBİB “Formula-1” və III MDB Oyunları ilə bağlı ehtiyat tədbirləri görəcək

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda keçiriləcək qarşıdan gələn "Formula-1" yarışları və 3-cü MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi haqqında tapşırıq verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirilən geniştərkibli müşavirədə çıxış edərkən deyib.

Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

O, müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını verdiyini diqqətə çatdırıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə III MDB Oyunlarının Azərbaycanın səhiyyə sistemi üçün növbəti ciddi sınaq olacağını vurğulayıb.

Избранный
71
6
day.az

7Источники