RU

İctimai iaşə dövriyyəsi artıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,3 faiz artaraq 1242,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 629,8 milyon manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
azertag.az

10Источники