"Təhsilimizin qarşısında duran ən vacib məsələlərdən biri keyfiyyət və məzmun məsələsidir".
Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində millət vəkili Ceyhun Məmmədov qonaq olarkən səsləndirib.
O bildirib ki, son illər bəzi universitetlərimizdə keyfiyyət və məzmun dəyişikliyini müşahidə etmək müəyyən qədər mümkündür:
"Lakin ümumi dəyərləndirsək, bu barədə görməli olduğumuz işlər hələ çoxdur. Universitet təhsilində ən ciddi problemlərdən biri dərsliklərdir. Mən İlahiyyat İnstitutunda rektor olduğum zaman müəllimlərin müəyyən təklifləri oldu. Əksər dünya universitetlərində dərslik anlayışı yoxdur. Müəllim tapşırıq verir və tələbə onu araşdırır. Bu fikirlə razılaşmadım. Tapşırdım ki, hər bir müəllim özü-öz dərsliyini hazırlasın. Tələbənin əsas dərsliyi olmalıdır. Sovet dövrünün dərsliklərindən istifadə etməyə davam edirik. Dərsliklə bağlı problemlər isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir".