Myanmanın Sikayn bölgəsində monastıra hücumda dördü uşaq olmaqla azı 23 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Hadisə səhər saatlarında baş verib:
“Hücum Myanmanın hakim hərbi xuntası olan Dövlət İnzibati Şurasının hava qüvvələri tərəfindən həyata keçirilib. Monastır ordu ilə demokratiya tərəfdarı qüvvələr arasında döyüşlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 200-ə yaxın insan üçün sığınacaq kimi xidmət edirdi. Həlak olan 23 nəfərdən əlavə monastır yaxınlığında yaşayan çox sayda adam ağır yaralanıb”.