RU

ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edir


ABŞ Dövlət Departamenti iyulun 11-də kütləvi ixtisarlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, departamentin 1300-dən çox əməkdaşı ixtisara düşüb.
Agentliyin məlumatına görə, gün ərzində 1107 sıravi dövlət qulluqçusu və 246 diplomatik xidmət əməkdaşı ixtisarla bağlı bildiriş alacaq.
Departamentin bildirdiyinə görə, ixtisarlar departamentin yenidən təşkili ilə əlaqədar olaraq aparılır.
“The Washington Post” qəzetinin yazdığına görə, yeni plan, xüsusən, Dövlət Departamentinin on minlərlə əməkdaşının (təxminən 80 min nəfərdən) işdən çıxarılmasını, həmçinin bir neçə konsulluğun və xarici siyasət departamentinin bəzi proqramlarının bağlanmasını nəzərdə tutur.
Избранный
10
yeniavaz.com

1Источники