RU

Ermənistanın müdafiə naziri ABŞ-nin ölkədəki hərbi attaşesini qəbul edib

ABŞ Ermənistanda müdafiə məsələləri üzrə yeni attaşe təyin edib, onunla respublikanın müdafiə naziri Suren Papikyan görüşüb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 11-də müdafiə naziri Suren Papikyan ABŞ-nin Ermənistanda səfiri Kristina Kvini və yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşe polkovnik Metyu Krounu qəbul edib", - məlumatda bildirilib.

Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Избранный
22
report.az

1Источники