10 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində Azərbaycan Respublikasının təmsilçisi ilk dəfə olaraq sözügedən Təşkilatın Baş katibi vəzifəsinə seçilib.
XİN-dən verilən xəbərə görə, seçkilər yüksək rəqabət şəraitində keçirilib.
“ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı 3 ölkədən olan namizəd mübarizə aparıb.
"Cebheinfo.az"