RU

Dövlət qurumu "Meqa Sığorta" şirkətini seçdi - DETALLAR

Dövlət Radiotezliklər İdarəsi əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ

FED.az xəbər verir ki, müsabiqənin qalibi “Meqa Sığorta” ASC olub.

Sövdələşmə çərçivəsində idarənin 187 əməkdaşı üçün bir illik könüllü tibbi sığorta xidməti göstəriləcək. Qalib şirkətlə bağlanmış müqavilənin məbləği 67.320 manat təşkil edir.

Qeyd edək ki, satınalmanın ehtimal olunan dəyəri 90.695 manat idi. Bu isə o deməkdir ki, “Meqa Sığorta” təklifində qiyməti aşağı salaraq dövlət büdcəsinə 23.375 manat qənaət etdirib.

Bu qənaət ümumi ehtimal olunan məbləğə nisbətdə təxminən 25,78% təşkil edir.

Избранный
22
fed.az

1Источники