RU

Bu ilin altı ayında əhalinin gəlirləri 7,2 % artıb

2025-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 42747,8 milyon manat və ya hər nəfərə orta hesabla 4177,2 manat olub.

Day.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 37424,6 milyon manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 39 milyard 881,2 milyon manat və ya hər nəfərə orta hesabla 3913,5 manat olub.

Избранный
23
4
day.az

10Источники