RU

"Roma" qapıçısı ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Roma" klubu qapıçısı Mile Svilar ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verrir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı serbiyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, qolkiper 2024/2025 mövsümündə A Seriyasında 16 matçda qapısını toxunulmaz saxlayıb. "Canavarlar" 2025-ci ildə 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir.

Mile Svilar mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib. 2022-ci ildən "Roma"da çıxış edən oyunçu ümumilikdə 88 görüşdə meydanda olub.

Избранный
13
report.az

1Источники