RU

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. İyulun 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun inzibati binasında Nərimanov rayonu və digər ərazilərdə yaşayan sakinləri qəbul edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 52 vətəndaşın müraciətlərinə baxılıb. Konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Избранный
14
7
azerbaijan-news.az

10Источники