“Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.
O, azad agent kimi “sarı-göylər”ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinib.
Qeyd edək ki, Adama Fofana Fransada “Dijon”, İsveçdə “Verberq”in uğurları üçün çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта