RU

PKK-nın Süleymaniyyədə tərk-silahı: Ankara bu hadisəni dönüş nöqtəsi kimi qiymətləndirir  

PKK terrorçularının İraqın Süleymaniyyə şəhərində tərk-silah olunması Türkiyə tərəfindən davam edən silahsızlaşdırma və terror təşkilatının buraxılması prosesində mühüm mərhələ kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentindən yayılan açıqlamada bu addım “geri dönüşü olmayan bir dönüş nöqtəsi” kimi dəyərləndirilib.

“Bu, günahsız insanların həyatını qorumaq və terror olmadan bir gələcək qurmaq üçün bir fürsətdir. Türkiyə, bölgədə sabitlik və davamlı sülhə üstünlük verən bütün səyləri dəstəkləməyə sadiqdir”, - deyə qeyd olunub.

Məlumata görə, Süleymaniyyədə baş verən bu hadisə beşmərhələli sülh prosesinin tərkib hissəsidir. Prosesə “Siyasi təşəbbüs”, PKK liderinin silah qoymaqla bağlı “Silahsızlanma çağırışı”, bu gün şahidi olunan “Tərxis və dağıtma” mərhələsi, ardınca isə “Hüquqi inteqrasiya” və “Sosial-psixoloji reinteqrasiya” daxildir.

Rəsmi Ankara bu prosesi bölgədə terrorizmə son qoyacaq və davamlı sülhə yol açacaq strateji bir addım kimi dəyərləndirir.

Избранный
8
4
azerbaijan-news.az

5Источники