Fransa Prezidenti Emmanuel Makron, Londonda Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlamalar verib.
Manset.az-ın məlumatına görə, Makron, Starmer ilə Ukrayna məsələsi ilə yanaşı, Yaxın Şərqə dair yanaşmalarının da oxşar olduğunu bildirib.
Makron bölgədə atəşkəsin təmin edilməsinin, sülh yolunun tapılmasının və İsrailin Qəzzaya qarşı hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb.
“Birlikdə, Qəzzada atəşkəsin əldə olunması və bütün girovların azad edilməsi üçün çağırış etdik. Girovların və Qəzza sakinlərinin yaşadığı iztirabların sona çatması üçün buna təcili ehtiyac var. Sonu və strategiyası olmayan bir müharibənin davam etməsi həm region, həm də birgə təhlükəsizliyimiz üçün ciddi təhdiddir,” – deyə Fransa lideri qeyd edib.