RU

Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 2025-ci il iyun ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 63 milyon manat təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmanətlərin 67,3 faizi milli, 32,7 faizi xarici valyutada qoyulub:

“Milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,8 faiz artıb”, - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
1
yeniavaz.com

2Источники