RU

4SİM tərəfindən Azərbaycan şirkətlərinə tətbiq edilən pilot layihənin nəticələri açıqlanıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən “DördüncüSənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) birildən artıq müddət ərzində üç Azərbaycan şirkətində ilkin pilotlayihə həyata keçirib. Layihə çərçivəsində bu şirkətlərin biznesprosesləri, texnoloji hazırlığı və institusional qabiliyyətləritəhlil olunub, onların sənaye 4.0-a keçid üçün yetkinlik səviyyəsiqiymətləndirilib. Nəticədə, müasir texnologiyaların tətbiqi üçünstrateji yol xəritəsi hazırlanıb. Bu günlərdə isə həmin layihəninilk nəticələri açıqlanıb.

Trend xəbərverir ki, bu barədə 4SİM-in icraçı direktoru Fariz Cəfərov Bakıdakeçirilən “Sənaye 4.0 Forumu -- Gələcəyin sənayesi: Texnologiya vəinsan gücü” adlı tədbirdə məlumat verib.

Onun sözlərinə görə, artıq üç şirkət öz fəaliyyətində müsbətnəticələr müşahidə edir və növbəti mərhələdə daha çox şirkətin buprosesə cəlb olunması nəzərdə tutulur.

“Bununla yanaşı, bildiyiniz kimi, Sənaye 4.0-a keçid üçün təkcətexnologiya deyil, həm də insan kapitalı, bilik və bacarıqlar,eləcə də startap həlləri vacibdir. Bu məqsədlə biz müxtəliftərəfdaşlarla anlaşma memorandumları imzalayırıq.

Altı universitetlə imzalanan bu müqavilə çərçivəsində sənayenintələblərinə uyğun elmi həllər, tələbələrin bu istiqamətdəhazırlanması, elmlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi vəSənaye 4.0-ın inkişafı əsas istiqamətlərdən biri olacaq.

Digər tərəfdaşlarımız sırasında ABŞ-dan dünyanın ən böyüktexnologiya şirkətlərindən olan Honeywell, Yaponiyadan CMC,Türkiyədən Koç Digital və bu ölkənin ən böyük texnologiya mərkəziolan MEKSA yer alır. Bu qurumlarla da anlaşma memorandumlarıimzalanıb.

Bundan əlavə, Almaniyada Mercedes-Benz və digər iri şirkətlərüçün xüsusi təlim proqramları hazırlayan Pesto şirkəti ilə dəəməkdaşlıq müqaviləsi bağlamışıq.

Bütün bu tərəfdaşlıqlar nəticəsində Bakıda yerləşən Bakı BiznesMərkəzi Sənaye 4.0 Mərkəzinə çevriləcək. Bu mərkəzə gələn şirkətlərburada müasir istehsal xətləri, robotlar, müxtəlif texnologiyalar,məlumatların idarə olunması sistemləri, bulud texnologiyaları,virtual reallıq, simulyasiya və rəqəmsal əkiz texnologiyaları ilətanış olacaqlar. Eyni zamanda, müəssisələrin idarə olunması prosesitəqdim ediləcək və aşağı, orta və yuxarı rəhbərlik səviyyələri üçünxüsusi təlim proqramları təşkil olunacaq”, - deyə icraçı direktorəlavə edib.

Избранный
52
az.trend.az

1Источники