Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 1 600,7 kiloqramı qızılın, 1 941,4 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 59,5%, gümüş istehsalı isə 12,9% artıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, ölkədə 196,4 kiloqram hazır qızıl, 584,6 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!