RU

BNMİ-dən növbəti əməliyyat: 10 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri davam etdirilir.

Bakues.az-a DİN-dən verilən məlumata görə, idarə əməkdaşlarının Sabunçu rayonunda keçirdikləri növbəti əməliyyat nəticəsində 1986-cı il təvəllüdlü Emin Səmədov saxlanılıb. Onun üzərindən 10 kiloqram çəkidə, tərkibinə zərərli maddələr qatılmış marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

İlkin araşdırmalar zamanı Emin Səmədov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Sabunçu rayonu ərazisində müxtəlif ünvanlara çatdırmaqla maddi qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Избранный
8
1
icma.az

2Источники