RU

İndiyədək "Coursera" platformasından 25 mindən çox vətəndaş faydalanıb VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

İndiyədək ABŞ-ın "Coursera" platformasından 25 mindən çox vətəndaş faydalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, bu proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb.

"Artıq dünya dördüncü sənaye inqilabına qədəm qoyub. Süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Son illərdə bu istiqamətdə atılan addımlar - sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri - bu transformasiyanın bir hissəsidir", - deyə nazir qeyd edib.

 

Избранный
41
azertag.az

1Источники