RU

Çimərliyə gedənlərin NƏZƏRİNƏ - İnfeksiyalarla bağlı TƏHLÜKƏ

Yay  çimərlik, hovuz mövsümüdür. Ancaq bir çox insan, xüsusilə dəniz vasitəsilə infeksiyaya yoluxur.  Hətta bəzi fikirlərə görə bağırsaq və dəri infeksiyaları məhz yayda daha çox yayılır.

 

Bu, həqiqətən də belədir?

 

Sfera.az mövzuyla bağlı infeksionist Mərdan Əliyevin fikirlərini öyrənib. Həkim də təsdiqləyir ki, bağırsaq infeksiyaları hava  isti olduqda daha tez yayılır.
 

 


“Yayda isti hava olduğu üçün qidalar düzgün saxlanılmadıqda orada mikroorqanizmlər, xüsusilə bakteriyalar inkişaf edir. Onu yedikdə də  insanın mədə-bağırsağı pozulur”.

 

Mərdan Əliyev deyir ki, mədə-bağırsaq xəstəliklərinin yaranma səbəblərindən biri də dəniz suyudur.

 

“Dəniz suyu təmiz deyil. Orada bağırsaq çöpləri, digər bakteriyalar var.  İnsan dənizdə çimərkən suyu müəyyən qədər udur. Bu da mədə-bağırsaq xəstəliklərinə səbəb olur”.
 

Qeyd edək ki, yayda insan tez-tez tərləyir, istilik artır. Bu da dəridə göbələk, bakterial infeksiyalar, səpgilər yarana bilir.


Mərdan Əliyev artan dəri infeksiyalarını açıq, nazik geyimlərlə də əlaqələndirib:

 

“Bədənin çox yerinin açıq, paltarın nazik olması və təmas yolu ilə dəri infeksiyaları da müşahidə olunur. Amma bu infeksiya həm qışda, həm də yayda müşahidə oluna bilər. Sadəcə yayda açıq geyinildiyi üçün infeksiya riski artır”.

Избранный
19
2
sfera.az

10Источники