RU

ABŞ Dövlət Departamenti ixtisarlara başlayıb

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomat və dövlət xadimini işdən kənarlaşdırır.

APA-nın məlumatına görə bu barədə adı açıqlanmayan ABŞ rəsmisi yerli media orqanlarına xəbər verib.

Belə ki, 1.107 dövlət qulluqçusu və 246 xarici xidmət nümayəndələrinə vəzifədən uzaqlaşdırılmaları ilə əlaqədar bildirişlər göndərilib.

Dövlət Katibi Marko Rubio bu addımı Dövlət Departamentinin yenidən qurulması adlandırıb və sözügedən ixtisarların qurumun daha effektiv olacağına gətirib çıxaracağını bildirib.

Избранный
14
3
apa.az

4Источники