RU

Millimiz Bolqarıstandakı beynəlxalq turniri üç qızıl medalla başa vurdu

Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi 12-ci Sofiya kubokunda çıxışını başa vurub.
 
Moderator.az xəbər verir ki, yarışda ölkəmizi baş məşqçi Anton Melnikovun rəhbərliyi altında Aminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər.
 
Azərbaycan idmançılarla yanaşı, Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan üzgüçülərinin qatıldığı turnirdə komandamız 3 qızıl medal qazanıb.
 
Hər 3 medalı Maqsud Tahirli əldə edib. O, 1 və 3 metrlik tramplindən, eləcə də, 5 metrlik platformadan tullanışlarda fəxri kürsüyə qalxıb.
 
Yarışda ümumilikdə 160-dan çox idmançı mübarizə aparıb.
Избранный
4
5
moderator.az

9Источники