RU

Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub

ain.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir, sakinlərin müraciət və təklifləri dinlənilir.

OLAY yazır ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Adil Kərimli və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.

Lerik rayon Mədəniyyət Mərkəzində keçirilən və nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Nazir şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
olay.az

9Источники