
"Karvan" daha bir futbolçu ilə anlaşıb.
Reyting.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.