RU

Lavrov Almaniya kanslerini ittiham edib

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya XİN rəhbəri: “Merz Almaniyanı hərbiləşdirir”

“Almaniya kansleri Fridrix Merz Ukraynadakı münaqişənin həlli üçün diplomatik üsulların uğursuz olduğunu bəyan edərək Almaniyanı hərbiləşdirmək qərarına gəlib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-ASEAN görüşünün yekunları üzrə keçirilən konfransda bildirib.

“Merz nəhayət ki, Rusiyadan gələn təhlükələri dəf etmək üçün yenidən nasist şüarları altında dolaşmaq üçün özünü bütünlüklə öz xalqının hesabına Almaniyanın hərbiləşdirilməsinə həsr etmək qərarına gəldi” nazir qeyd edib.

Qeyd edək ki, Merz bir müddət əvvəl Ukraynadakı münaqişənin diplomatik yollarla həlli üçün bütün imkanların tükəndiyini bildirib. Kansler əlavə edib ki, bu səbəbdən Berlin Kiyevi dəstəkləməyə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
ayna.az

1Источники