Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Neymar "Santos"un "Desportiva"ya 3:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə fərqlənib.
İdman.biz xəbər verir ki, 33 yaşlı futbolçu birinci hissədə penaltidən hesabı açıb və növbəti qolun ötürməsini verib.
Rəsmi oyunlarda sonuncu dəfə iyunun 1-də "Botafoqo" ilə qarşılaşmada meydana çıxan Neymar qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.
Yeni saç düzümü ilə diqqət çəkən futbolçu rəsmi matçlarda sonuncu qolu isə təxminən dörd ay əvvələ - martın 3-ə təsadüf edir.
Qeyd edək ki, iyulun 13-də Braziliya çempionatında bir aylıq fasilə başa çatacaq və "Santos" 13-cü turda klublararası dünya çempionatının iştirakçısı "Palmeyras"ı qəbul edəcək.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.