RU

Baş nazir homoseksualların ticarətindən gəlir əldə etməkdə ittiham olunur

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İspaniya baş naziri Pedro Sançesin istefası ilə bağlı çağırışlar daha da güclənib. 

Qaynarinfo "The Times" nəşrinə istinadən xəbər verir ki, Sançes indi də homoseksual fahişəliklə əlaqəli müəssisələrdən əldə olunan gəlirlərlə yaşamış olmaqda ittiham olunur.

İddiaya görə, bu müəssisələr rəsmi olaraq "klub” və "sauna” adı altında fəaliyyət göstərsə də, əslində eyni-cinsli kişilər arasında pullu cinsi xidmətlər təklif olunub. İddialara əsasən, baş nazirin qaynatası Sabiniano Qomes bu obyektlər şəbəkəsinin sahibi olub və Pedro Sançesin yaşadığı mənzili də məhz o alıb.

Məsələ ölkə parlamentində açıq şəkildə müzakirəyə çıxarılıb. Xalq Partiyasının lideri Alberto Feyxoo çıxışı zamanı Sançesi "iyrənc bir biznesin - fahişəliyin - gəlirlərində iştirakçı” adlandırıb və təxribat xarakterli şəkildə sual verib: "Siz konkret olaraq hansı bordellərin hesabına yaşamısınız?"

Pedro Sançes isə bu iddialara birbaşa cavab verməyib və qaynatasının iş fəaliyyəti ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina edib.

Qeyd edək ki, Sançes ətrafında qalmaqallar yeni deyil. 2024-cü ildə onun həyat yoldaşı Beqonya Qomesin "Air Europa” aviaşirkətindən qanunsuz üstünlüklər aldığı iddia olunmuşdu. Məlumata görə, pandemiya dövründə bu aviaşirkət hökumətdən 475 milyon avro maliyyə yardımı alıb və Beqonya Qomesin bu prosesdə rolu olduğuna dair şübhələr var.

Son zamanlarda İspaniya Mülki Qvardiyasının hökumət dairələrindəki korrupsiya ilə bağlı hesabatı da yayıldıqdan sonra müxalifət növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Lakin Pedro Sançes bu çağırışlara baxmayaraq vəzifəsindən istefa vermək niyyətində olmadığını bildirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
50
qaynarinfo.az

10Источники