Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını “Qəbələ” qazanmışdı.