Azərbaycanda əhali ilə bağlı əsas problemlərdən biri selektiv abortlardır".
"Xəzər Xəbər" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova deyib.
O qeyd edib ki, bu disbalans artıq birinci siniflərdə, uşaq bağçalarında özünü göstərir:
"Oğlan uşaqlarının sayı qızlardan artıqdır. Bu isə gələcəkdə əhalinin azalması və reproduktiv gücün zəifləməsi kimi fəsadlara yol aça bilər. Axı qadın yoxdursa, uşaq da olmayacaq",- deyə o bildirib.
Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.