Futbol üzrə Azərbaycan Birinci Liqasında növbəti – 2025/2026-cı illər mövsümünün başlama tarixi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsümə bu il sentyabrın 11-də start veriləcək.
Qeyd edək ki, Birinci Liqada 10 komanda mübarizə aparacaq. Yarış 3 dövrəli sistemlə keçiriləcək.