"Sumqayıt" futbolçusu Silvanus Nimeli ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
26 yaşlı hücumçunun müqaviləsinin müddəti qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, "kimyaçılar" daha öncə Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla da vidalaşmışdılar.