Daim gənclərin yanında olan, dünyada milyonlarla insanın sevilən sərinləşdirici içki brendi Coca-Cola bu il də Azərbaycan universitetlərinin Məzun Gününə dəstək olub. Belə ki, ötən illərlə müqayisədə dəstəyin həcmi artaraq ölkənin 7 aparıcı universitetini əhatə edib.
Minlərlə gəncin sevincinə şərik olan şirkət tədbirlərdə sərinləşdirici içki dəstəyi də göstərib.
Coca-Cola Azərbaycan şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, şirkət məzunların yanında olmaqdan qürur duyur:
“Məzun Günü gənclərin həyatında yeni bir mərhələnin başlanğıcıdır. Biz də bu əlamətdar gündə onların yanında olaraq, sevincini paylaşmaqdan və unudulmaz xatirələr yaratmaqdan fərəh hissi keçiririk. Hər məzuniyyət bir başlanğıcdır — biz bu başlanğıclarda onların yanında olmaqdan qürur duyuruq. Məzunların hər birinə gələcək həyatlarında uğurlar arzulayırıq!”
Xatırladaq ki, Coca-Cola-nın hazırda “Musiqi 2025” kampaniyası keçirilir. Bu il 10 sentyabra qədər davam edəcək kampaniyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 litrlik “Coca-Cola” Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite”dır.


