RU

“Sabah” məğlubiyyətə layiq deyildi”

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Çelye” komandasına uduzub – 2:3.

Azərbaycan yığmasının sabiq məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Sabah” məğlubiyyətə layiq deyildi. Komanda ilk rəsmi oyun olmasına baxmayaraq, yaxşı oyun sərgilədi. Şanslar oldu, ancaq dəyərləndirə bilmədilər. Yeni baş məşqçi gəlib və komandanın uyğunlaşması, onun sisteminin oturması üçün müəyyən vaxt lazımdır. Eyni zamanda etibarlı müdafiə qurmaq şərtdir. Qarşıdan uzun marafon gəlir və Valdas Dambrauskas bunun üzərində çalışacaq. Səhvlər oldu və bunu gördü. Oyunsonrası açıqlamasında da inamlı danışdı. Bu, vacib amildir. İnanıram ki, onlar bu inamla səfərdən yaxşı nəticə ilə qayıda bilərlər”.

Mütəxəssis cavab görüşündən gözləntilərini bölüşdü:

“Məğlubiyyət olsa da, şanslar bərabərdir. “Çelye”nin böyük təcrübəsi var və demək olar, əllərinə düşən hər imkanı dəyərləndirdilər. Bu, təcrübədən qaynaqlanır. Amma qol epizodlarına baxsaq, “Sabah”ın da imkanları az olmadı. Üstəlik komandada inam hiss olunur. Belə davam etsələr, vətənə yaxşı nəticə ilə dönə bilərlər”.

Komandalar arasındakı cavab görüşü iyulun 17-də Sloveniyada olacaq.

Избранный
16
1
futbolpress.az

2Источники