RU

“Kəpəz” Burkina Faso millisinin futbolçusunu transfer edib

Bakı, 11 iyul, AZƏRTAC

Yeni mövsümə hazırlaşan “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Burkina Fasodan olan müdafiəçi Adama Fofana ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah oyunçusu son olaraq Türkiyədə “Adanaspor”un formasını geyinib. 25 yaşlı futbolçu karyerası ərzində Fransada “Dijon” və İsveçdə “Verberq”in uğurları üçün də çalışıb. Fofana Burkino Faso yığmasında 2 oyun keçirib.

Избранный
33
1
azertag.az

2Источники