RU

PKK İraqda tərksilah prosesinə başlayıb

PKK terror təşkilatı bu gün silahları yerə qoymağa başlayıb. Bu barədə Türkiyənin NTV telekanalı canlı yayım edir. 

Məlumata görə, “Terrorsuz Türkiyə” prosesinin ilk mərhələsi İraqın Süleymaniyyə şəhərində, konkret olaraq Dukan bölgəsində həyata keçirilir.

Tədbir Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyası ilə planlaşdırılıb və yaxın nəzarətdə saxlanılır. Mərasimi izləmək və dəstək vermək məqsədilə Diyarbəkirdən 150 nəfərlik nümayəndə heyəti – aralarında Demokrat Partiyasının üzvləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri – Şimali İraqa səfər edib.

Prosesin davamı və rəsmi təsdiqlər yaxın günlərdə gözlənilir.

 

Избранный
13
1
anews.az

2Источники